Haqqımızda
“Postcargo” beynəlxalq poçt bağlamalarının çatdırılmasını sizə ən rahat və sürətli şəkildə həyata keçirən şirkətdir. Şirkətimiz “Azərpoçt” məhsulu olaraq Azərbaycanı tam şəkildə əhatə edir və dünyanı qapınıza gətirmək imkanı təklif edir. Məhsulunuzu Sizə ən yaxın poçt şöbəsindən əldə etmək və yaxud qapıya çatdırılma xidmətindən istifadə etmək imkanını təqdim edirik. Hal-hazırda Türkiyə və yaxın zamanda bütün Avropa ölkələrindən sifariş üçün sürətli çatdırma xidmətimizdən istifadə edə bilərsiniz.
