Tez-tez soruşulan suallar
Bağlamanızın çatdırılma ödənişini etmək üçün 3 ödəmə üsulu vardır.
1. Post Cargo balansınızı artıraraq çatdırılma ödənişini etmək mümkündür.
2. Birbaşa kart məlumatlarınızı qeyd edərək bağlamanızın ödənişini edə bilərsiniz.
3. Azərpoçt şöbələrində nağd və ya posterminal vasitəsi ilə də çatdırılma ödənişini etməyiniz mümkündür.
Bağlamanızı Azərbaycanın istənilən Azərpoçt şöbəsindən təhvil ala bilərsiniz. Bunun üçün qeydiyyat zamanı sizə yaxın poçt şöbəsini qeyd etməyiniz kifayətdir. Qeyd edək ki, Azərbaycanın bütün bölgələrinə ödənişsiz çatdırırıq. Siz yalnız Türkiyədən Bakıya daşıma haqqını ödəyirsiniz.
Bağlamanızı təhvil almaq üçün ilk növbədə çatdırılma ödənişini onlayn və ya nağd şəkildə ödədikdən sonra şöbələrimizə yaxınlaşaraq və ya çağrı mərkəzimizlə əlaqə saxlayaraq qaimə və barkod əldə etməlisiniz.
Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib, bağlamanızı rəsmiləşdirməli və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil almalısınız.
Türkiyədən sifariş etmək üçün ilk növbədə saytımızda qeydiyyatdan keçməyiniz vacibdir.
Qeydiyyatınızı tamamladıqdan sonra "xarici ünvanlarım" bölməsində Türkiyə anbarımızın ünvanı ilə tanış ola bilərsiniz. Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan "Teslimat ünvanı" bölməsinə saytımızda "Xaricdəki ünvanım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edib, keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
......Bağlamalarınızın poçt şöbələrində saxlanılması 14 gün ərzində ödənişsizdir. 14 gün sonra hər gün üçün əlavə 0.30 AZN
hesablanır.
Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz.Türkiyədən göndərilən bağlamalarının uzunluğu 60 sm metrdən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.
Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır.
Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000
Mail vasitəsi ilə problemli şöbəyə yönləndirilmiş məsələlər Xarici və Yerli anbarla birlikdə araşdırılaraq 1 ay ərzində həll edilir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki
2. Həcm çəkisi
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.
Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)Çatdırılma haqqı hansı üsulla hesablanır?
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı firmadan asılıdır. Satıcı firma 3-7 gün ərzində
(rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər) məhsulu xarici anbarımıza təhvil verir.
Xarici anbarda gömrük portalına bəyan edilən bağlamaları həftədə maksimum 6 dəfə olmaqla göndərişini edirik.
Sifariş hazırlanıb Türkiyə daxili kargoya verildikdə müştərilər Post Cargo şəxsi hesablarında bağlamaları bəyan edilməlidir.
- Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
- Canlı heyvanlar
- Bitki və toxumlar
- Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dini kitablar;
- Akkumulyatorlar;
- Amortizatorlar;
- Mühərriklər;
- Hover Board skuterlər;
- Maşın yağları və maşın yağının olduğu bütün mallar.
- Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar.
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
- Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar.
*Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”,PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Postcargo.az saytından onlayn, Azərpoçt filial və şöbələrində nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.
Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Post Cargo şəxsi kabinetinizdə bəyannamə sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki "Məhsulun tipi" və "Məhsulun qiyməti" bölmələrini doldurmalısınız.
Türkiyədən sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaradılmadığı halda sifariş xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır. Sizə mail və sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra yalnız bəyannamədə "Məhsulun tipi" və "Məhsulun qiyməti" bölmələrini doldurmalısınız.
Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər cari ay ərzində (1 təqvim ayı müddətində) kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilər. Qeyd edək ki, Gömrük limitində məhsulun invoys dəyəri və çəki ödənişi birlikdə hesablanır.
Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.