Necə işləyirik?

  • Saytımızdan qeydiyyatdan keçin və Türkiyə ünvanını əldə edin

  • idea-2

    Necə sifariş edim?

    Sifariş etmək istədiyiniz sayta daxil olduqdan sonra sizə təqdim olunan ünvanı qeyd edərək sifarişinizi tamamlaya bilərsiniz

  • idea-3

    Ödəniş

    Visa və Master bank kartları ilə ödəniş imkanı. Bank kartları olmayanlara isə təhvil məntəqələrində yerində nağd ödəniş imkanı

Kalkulyator

Daşınma tarifi

Daşıma haqqı bağlamanın hər hansı bir tərəfi 60 sm-dan böyük olduqda daşıma haqqı bağlamanın həm həcmi, həm də fiziki çəkisi nəzərə alınaraq daha böyük çəkiyə əsasən hesablanır.

Hesablayın

Tariflər

Adi məhsul Maye məhsul
0 kq-dan - 0.1 kq-a qədər 1.00 USD 1.00 USD 0.90 USD
0.100 kq-dan - 0.250 kq-a qədər 2.00 USD 2.00 USD 1.80 USD
0.250 kq-dan - 0.500 kq-a qədər 3.00 USD 3.00 USD 2.70 USD
0.500 kq-dan - 0.750 kq-a qədər 3.60 USD 3.60 USD 3.20 USD
0.750 kq-dan - 1.0 kq-a qədər 3.80 USD 3.80 USD 3.40 USD
1.0 kq və yuxarı (hər kq üçün) 4.00 USD 4.00 USD 3.60 USD

Tez-tez soruşulan suallar

Bağlamanızın çatdırılma ödənişini etmək üçün 3 ödəmə üsulu vardır.

1. Post Cargo balansınızı artıraraq çatdırılma ödənişini etmək mümkündür.

2. Birbaşa kart məlumatlarınızı qeyd edərək bağlamanızın ödənişini edə bilərsiniz.

3. Azərpoçt şöbələrində nağd və ya posterminal vasitəsi ilə də çatdırılma ödənişini etməyiniz mümkündür.

Bağlamanızı Azərbaycanın istənilən Azərpoçt şöbəsindən təhvil ala bilərsiniz. Bunun üçün qeydiyyat zamanı sizə yaxın poçt şöbəsini qeyd etməyiniz kifayətdir. Qeyd edək ki, Azərbaycanın bütün bölgələrinə ödənişsiz çatdırırıq. Siz yalnız Türkiyədən Bakıya daşıma haqqını ödəyirsiniz.

Bağlamanızı təhvil almaq üçün ilk növbədə çatdırılma ödənişini onlayn və ya nağd şəkildə ödədikdən sonra şöbələrimizə yaxınlaşaraq və ya çağrı mərkəzimizlə əlaqə saxlayaraq qaimə və barkod əldə etməlisiniz.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib, bağlamanızı rəsmiləşdirməli və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil almalısınız.  

Türkiyədən sifariş etmək üçün ilk növbədə saytımızda qeydiyyatdan keçməyiniz vacibdir.

Qeydiyyatınızı tamamladıqdan sonra "xarici ünvanlarım" bölməsində Türkiyə anbarımızın ünvanı ilə tanış ola bilərsiniz. Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan "Teslimat ünvanı" bölməsinə saytımızda "Xaricdəki ünvanım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edib, keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.

......Bağlamalarınızın poçt şöbələrində saxlanılması 14 gün ərzində ödənişsizdir. 14 gün sonra hər gün üçün əlavə 0.30 AZN

hesablanır.

Xəbərlər

xabarler-1

Analar gününə çox az qaldı. Bəs siz hədiyyənizi seçmisiniz? 🌸

Biz sizin üçün Analar gününə özəl endirimli saytları bir araya topladıq. Türkiyənin bir çox məşhur brendlərində 80%-dək endirimlər başlayıb. 🇹🇷


Endirimli saytlar:

Hepsiburada

Modanisa

FLO

Morhipo

Madame Coco

English Home

Karaca

Gratis

Ipekyol

Trendyol


Elə indi qeydiyyatdan keçib, ananız üçün ən dəyərli hədiyyəni alıb, onları sevindirin!

06.05.2023
xabarler-1

Trendyol.com-da "Büyük Nisan" endirimləri başladı!

Müxtəlif markalarda 70%-dək endirimlər mövcuddur. Yalnız 4 gün davam edəcək endirimlərdən yararlanmağa tələsin! Yaz-yay qarderobunuzu yeniləməyin əsl vaxtıdır!


Bizimlə sifariş edin. Çünki:

  • Azərbaycanın bütün bölgələrinə ödənişsiz çatdırırıq!
  • Türkiyədən həftədə 6 dəfəyədək göndəriş edirik!
  • Maye məhsullarını standart tariflərlə çatdırırıq!
  • Tariflərimiz çox sərfəlidir!


Postcargo - sizə poçt şöbəniz qədər yaxın!

26.04.2023
xabarler-1

Dəyərli müştərilərimiz!

Ramazan bayramı ilə əlaqədar olaraq tətil günlərində iş qrafikimizi təqdim edirik!

21-24 aprel tarixlərində Ramazan bayramı ilə əlaqədar olaraq Türkiyə anbarı fəaliyyət göstərməyəcək. Qeyd edək ki, bu tarixlərdə bağlamaların da göndərişi icra edilməyəcəkdir. 


Bayram günlərində poçt şöbələrimiz və digər xidmətlərimiz növbəli iş rejimində xidmət göstərəcək.

21-24 aprel tarixlərində qeyd edilən poçt şöbələrinin iş qrafiki:

- Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00

- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00

- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00

- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00

- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00

- Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00

- Regionlarda yerləşən mərkəzi poçt şöbələri saat 10:00-17:00

- 1 saylı Poçt Filialının 1066, 1008 və 1052 saylı poçt şöbələri adi iş rejiminə uyğun işləyəcək!


Digər poçt şöbələrimizdə isə qeyri-iş günüdür.


 Hər birinizi Ramazan bayramı münasibəti ilə təbrik edirik!

19.04.2023

Sürətli və rahat mobil tətbiq!

Mobil tətbimiqimizi yükləyərək siz sifarişlərinizi daha rahat izləyə, online daşıma haqqını rahatlıqla ödəyə bilərsiniz! Üstəlik, mobil tətbiqimiz vasitəsi ilə siz yeniliklərimiz haqqında daha tez məlumat əldə edəcəksiniz.

Mağazalar