Sürətli və rahat mobil tətbiq!
Tətbiqimiz yenilənir! Hazırda veb sayt üzərindən sifarişlərinizi həyata keçirə bilərsiniz. Tezliklə yeni mobil tətbiq xidmətinizdə olacaq!
Türkiyədən sifariş etmək üçün ilk növbədə qeydiyyatdan keçin.
Bəyəndiyiniz məhsulu xarici ünvanımızı qeyd edərək birbaşa saytdan sifariş edin!
Bağlamalarınızın çatdırılma ödənişini Visa və Master bank kartları ilə və ya poçt filiallarımızda nağd şəkildə ödəniş edərək təhvil alın!
|
Adi məhsul | Maye məhsul |
---|---|---|
0.000 kq-dan 0.100 kq-a qədər | 0.90 USD (1.53 AZN) | 0.90 USD (1.53 AZN) |
0.100 kq-dan 0.250 kq-a qədər | 1.80 USD (3.06 AZN) | 1.80 USD (3.06 AZN) |
0.250 kq-dan 0.500 kq-a qədər | 2.70 USD (4.59 AZN) | 2.70 USD (4.59 AZN) |
0.500 kq-dan 0.750 kq-a qədər | 3.20 USD (5.44 AZN) | 3.20 USD (5.44 AZN) |
0.750 kq-dan 1.000 kq-a qədər | 3.40 USD (5.78 AZN) | 3.40 USD (5.78 AZN) |
1.000 kq və yuxarı (hər kq üçün) | 3.60 USD (6.12 AZN) | 3.60 USD (6.12 AZN) |
Endirimli tarifimiz 31.12.2023 tarixinədək aktivdir!
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı firmadan asılıdır. Satıcı firma 3-7 gün ərzində
(rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər) məhsulu xarici anbarımıza təhvil verir.
Xarici anbarda gömrük portalına bəyan edilən bağlamaları həftədə maksimum 6 dəfə olmaqla göndərişini edirik.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki
2. Həcm çəkisi
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.
Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)
Türkiyədən sifariş etmək üçün ilk növbədə saytımızda qeydiyyatdan keçməyiniz vacibdir.
Qeydiyyatınızı tamamladıqdan sonra "xarici ünvanlarım" bölməsində Türkiyə anbarımızın ünvanı ilə tanış ola bilərsiniz. Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan "Teslimat ünvanı" bölməsinə saytımızda "Xaricdəki ünvanım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edib, keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
Sifarişlərinizi Postcargo şəxsi kabinetindən asanlıqla izləməyiniz mümkündür. Şəxsi kabinetdə “Bağlamalar” bölməsinə keçid edərək, sifarişinizin statusunu izləyə bilərsiniz. Sifarişiniz xarici anbara daxil olduqda, yerli filiala çatdırıldıqda sizə sms vasitəsi ilə məlumat da göndəriləcəkdir.