Trendyol “Onay kodunu” necə əldə etmək olar?
Hörmətli müştərilər, Trendyol saytında qeydiyyatdan keçərkən və ya ünvan dəyişikliyi zamanı sayt tərəfindən "Onay kodu"nu qeyd etməyiniz tələb olunur.
Sizdən tələb olunan onay kodunu Postcargo.az saytında və ya mobil tətbiqində "Onay kodu" bölməsinə daxil olaraq əldə edə bilərsiniz! "Onay kodu” göndərildikdən sonra bir neçə dəqiqə ərzində bu bölmədə 6 rəqəmdən ibarət kod qeyd olunacaq. Kodu Trendyolda “onay kodu” bölməsinə qeyd edərək hesabınızı təsdiqləyə bilərsiniz.
Hər birinizə xoş alış-veriş arzulayırıq!